İlya Zabarniyə 3 klubdan təklif var
"Bormunt"un ukraynalı stoperi İlya Zabarni üçün 3 klubdan təklif var.
Sportline.az "Lequipe" nəşrinə istinadən xəbər verir ki, "Paris Sen-Jermen", "Tottenhem" və "Nyukasl Yunayted" Zabarnini heyətinə qatmaq istəyir.
22 yaşlı futbolçunun transfer qiyməti 50 milyon avrodur.
Qeyd edək ki, Zabarni ötən mövsüm meydana çıxdığı 39 matçda 1 asistlə yadda qalıb.
Onun klubla sözləşməsi 2029-cu ilin iyun ayına qədərdir.