İmamverdiyev "Sumqayıt"da

“Sumqayıt” növbəti futbolçunun keçidini reallaşdırıb.
 
Sportline.az klubun saytına istinadən xəbər verir ki, "Keşlə"dən ayrılan Cavid İmamverdiyevlə 1+1 illik müqavilə imzalanıb. 30 yaşlı yarımmüdafiəçi yeni komandasında 22 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, Cavid İmamverdiyev 2017/18 mövsümündə də "Sumqayıt"da çıxış edib.

Xatırladaq ki, "Sumqayıt" bu yay Tellur Mütəllimov, Elvin Məmmədov, Əli Qurbani, Kərəm Sultanov, Adəm Həmati və Eltun Turabovu da heyətinə cəlb edib.