İmmobiledən sərt açıqlama

“Beşiktaş” klubunun italiyalı futbolçusu Çiro İmmobile “Qalatasaray” matçı haqqında danışıb.

Sportline.az “SporArena” nəşrinə istinadən xəbər verir ki, 34 yaşlı futbolçu bu fikirləri səsləndirib;

“Həyatımda bu qədər foul edilən bir matç görməmişdim. Oyunda biz dominatlıq edirdik. Lakin hakim səhv qərarlar ilə oyunu idarə elədi. Bu yanlış sistemdir. Rəqib çarəsiz idi. Onların işi ancaq qayda pozmaq idi”, - deyə Ç.İmmobile bildirib.

Qeyd edək ki, Çiro İmmobile bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 15 matçda 12 qolla yadda qalıb.