"İnfantino futboldan öz xeyrinə istifadə edir"

Almaniya millisinin sabiq üzvü Filip Lam FİFA prezidenti Canni İnfantinonu tənqid edib.

Sportline.az "Netzwerks Deutschland"ə istinadən xəbər verir ki, veteran müdafiəçi bildirib ki, FİFA rəhbəri futboldan öz xeyrinə istifadə edir:

“O, inamını itirməkdə davam edir. İnsanda belə bir təəssürat yaranır ki, Canni İnfantino daha yaxşı idman həlli axtarmır. Məncə, o, heç nəyi dəyişmək istəmir. İnfantino futboldan öz xeyrinə istifadə edir. Bu, FİFA-nın problemidir, futbolun yox. FİFA təşkilatın rəhbərinin seçilməsi prosedurunu daha şəffaf etməlidir”. 

Qeyd edək ki, İnfantino 2016-cı ilin fevralında FİFA-nın prezidentidir. O, 2019-cu ilin yayında ikinci dəfə bu vəzifəyə seçilib.

Banner