İngilis klubu Zidanın oğlunu istəyir

İngiltərənin "Midlsbro" klubu yeni mövsüm üçün heyətini gücləndirməkdə davam edir. SportLine.az xəbər verir ki, klubun növbəti hədəfində Zinəddin Zidanın oğlu Enzo Zidan var.

"Midlsbro" "Real Madrid"in "B" komandasında çıxış edən 21 yaşlı futbolçunu icarə əsasında heyətinə qatmaq istəyir.

Qeyd edək ki, Enzo Zidan yarımmüdafiəçi mövqeyində oynayır. O, "Real Madrid"in "B" komandasında keçirdiyi 46 oyunda iki dəfə fərqlənə bilib.