İngiltərə çempionu transferlərə nə qədər xərcləyib?
“Liverpul”un son 10 ildə transferlərə xərclədiyi pulun miqdarını açıqlanıb.
Sportline.az xarici KİV-lərə istinadən xəbər verir ki, “mersisaydlılar” bu müddətdə yeni oyunçuların alınmasına 800 milyon funt sterliq (təxminən 680 milyon avro) sərf edib.
Bundan əlavə İngiltərə təmsilçisinin aldığı ən bahalı 5 oyunçunun da adı açıqlanıb.
Birinci yerdə “Sauthempton”dan transfer edilən Vircil van Deyk qərarlaşıb- 75 milyon avro. Premyer Liqa klubunun “Roma”dan 65 milyon avroya aldığı Alisson Beker ikincidir. İlk üçlüyü İtaliya təmsilçisindən “Liverpul”a keçən Məhəmməd Salah qapayır- 36,9 milyon avro.
"Liverpul"un ən bahalı 5 transferi:
1. Van Deyk (“Sautempton” – 75)
2. Alisson Pekerdir (“Roma” -65).
3. Muhammed Salah ( “Roma” – 36,9)
4. Sadio Mane (“Sautempton” – 30)
5. Roberto Firminyo (“Hoffenhaym” – 29)
Qeyd edək ki, Yurgen Kloppun baş məşqçilik etdiyi komanda ötən il 30 il sonra Premyer Liqa çempionluğunu qazanıb.