İngiltərə çempionundan Rusiya çempionuna

“Liverpul”un futbolçusu Deyan Lovrenin “Zenit”ə keçidi rəsmiləşib.

Sportline.az xəbər verir ki, bu barədə hər iki klubun rəsmi saytı məlumat yayıb. Xorvatiyalı müdafiəç ilə 3 illik müqavilə imzalanıb.

Bir neçə gün əvvəl “The Times” nəşri Sankt-Peterburq klubunun bu keçid üçün “Liverpul”a 12 milyon avro ödəyəcəyini yazmışdı.

Qeyd edək ki, Deyan Lovren 2014-cü ildən "Liverpul"un formasını geyinir. O, bu mövsüm Premyer Liqada 10 matça çıxıb və 1 qol ötürməsi ilə yadda qalıb.