İngiltərə Futbol Assosiasiyası milli komandanın baş məşqçisi postuna vakansiya elan edib

İngiltərə Futbol Assosiasiyası (FA) öz saytında kişilərdən ibarət milli komandanın baş məşqçisi vəzifəsinə vakansiya elan edib.

Sportline.az Sport.24.ru-ya istinalda xəbər verir ki, namizədlərin qarşısına qoyulan vəzifələr bunlardan ibarətdir:Komandaya rəbərlik edib inkşaf etdirmək, böyük turnirlərdə qalib gəlmək və ardıcıl olaraq dünyanın ən yaxşı komandaları arasında yer almaq.

Namizədlər UEFA Pro məşqçilik lisenziyasına, ingilis futbolunda əhəmiyyətli təcrübəyə, Premyer Liqada və/yaxud aparıcı beynəlxalq yarışlarda yüksək performansa, ingilis oyunçuları cəlb etmək, idarə etmək və inkişaf etdirmək təcrübəsinə malik olmalı, çox yüksək səviyyəli vəzifədə yüksək möhkəmliyə və rahatlığa malik olmalıdırlar. 

Xatırladaq ki, şirlərin əvvəlki baş məşqçisi Qaret Sautqeyt AVRO-2024-ün finalında İspaniyaya uduzduqdan (1:2) iki gün sonra, iyulun 16-da komandadan istefa etmişdi.