İngiltərə futbolunda növbəti qalmaqal

Ingiltərə futbolunda daha bir qalmaqal yaşanıb.

Sportline.az xəbər verir ki, İngiltərə 1-ci liqasında “Port Veyl” ilə “Portsmut” arasında keçirilən qarşılaşmanın son dəqiqələrində meydana daxil olan azarkeş matçın baş hakimi Kreyq Hiksə doğru hərəkət etməyə başlayıb.

Bunu görən hakim özünü qorumaq üçün meydanın kənarına qaçıb.

"Port Veyl" texniki heyəti aranı sakitləşdirməyə çalışıb.

Daha sonra təhlükəsizlik əməkdaşları meydana daxil olan azarkeşi saxlayıb və meydandan çıxarıblar.