İngiltərə klubu baş məşqçi ilə yeni müqavilə imzalayıb

"Arsenal" baş məşqçi Artetanın müqavilə müddətini uzatdığını açıqlayıb.

Sportline.az London klubunun rəsmi hesabına istinadla xəbər verir ki, yeni müqavilə 2027-ci ilə qədər nəzərdə tutulub.

İspaniyalı mütəxəsssis 2019-cu ildən topçulara başçılıq edir. Komanda onun rəhbərliyi altında 1 dəfə İngiltərə Kubokunun, 2 dəfə İngiltərə Super Kubokunun qalibi olub.

Qeyd edək ki, 42 yaşlı çalışdırıcının bundan əvvəlki müqaviləsi 2025-ci ilə qədər idi.