İngiltərə klubu Ferdi Kadıoğlu üçün "Fənərbağça"ya 25 milyon avro təklif edir

AVRO 2024-də göstərdiyi performansla diqqətləri üzərinə çəkən 'Fənərbağça"nın futbolçusu Ferdi Kadıoğlu üçün Premyer Liqadan rekord təklif gəlib.

Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, "Brayton" klubu 24 yaşlı futbolçu üçün 25 milyon avronu gözdən çıxarıb.

"Fənərbağça" isə oyunçu üçün daha yüksək məbləğ tələb edir. Klub rəhbərliyi Ferdi ilə bağlı qərarı AVRO 2024-dən sonra verəcək.

Qeyd edək ki, türkiyəli futbolçu ötən mövsüm "Sarı-lacivərtlilər"lə çıxdığı 51 oyunda 3 qol və 5 asistlik performans göstərib.