İngiltərə kubokunun ən yaşlı iştirakçısı
"Çelsi"nin futbolçusu Tyaqo Silva İngiltərə kubokunun yarımfinalında iştirak edən ən yaşlı oyunçular sırasında daxil olub.
Sportline.az xəbər verir ki, braziliyalı müdafiəçi 39 yaş 109 günlüyündə bu mərhələdə forma geyinib.
Silva bu göstəricidə yalnız bir futbolçudan geri qalır.
"Mançester Yunayted"in sabiq yarımmüdafiəçisi Rayan Giqs 40 yaş 39 günlüyündə sözügedən mərhələnin oyununa çıxmışdı.
Qeyd edək ki, Silvanın da iştirak etdiyi "Midlsbro" "Çelsi" görüşü meydan sahiblərinin 1-0 hesablı qələbəsi ilə nəticələnib.