İngiltərə millisi B liqasına düşdü

İngiltərə millisi Millətlər Liqasının hazırkı mövsümündə uğursuz çıxışı davam edir.

Sportline.az xəbər verir ki, dünən İtaliya millisi ilə görüşdə 0:1 hesabı ilə uduzan Qaret Sautqeytin komandası 3-cü yeri tutmaq şansını belə itirib. Bu səbəbdən onlar A liqasını tərk edərək B Liqasına düşəcəklər.

Beş turda britaniyalılar cəmi iki xal toplayıblar. Onlar iki dəfə heç-heçə edib, üçdə məğlub olublar. Komandanın hesabında bir qələbə belə yoxdur.

Qeyd edək ki, İngiltərənin mübarizə apardığı Millətlər Liqasının A Liqasının 3-cü qrupunda birinci yeri isə 5 oyundan 10 xalla Macarıstan tutur. İtaliya 8 xalla 2-ci, Almaniya 6 xalla 3-cüdür.