İngiltərə millisindən gözlənilməz nəticə

UEFA Millətlər Liqasında 3 tura start verilib.

Sportline.az xəbər verir ki, günün gözlənilməz nəticəsi “Uembli” stadionunda qeydə alınıb.

İngiltərə millisi Yunanıstana 1:2 hesabı uduzub.

Yunanıstan seçməsindən qolları 49 və 90+4-cü dəqiqədə Pavlidis vurub.

İngiltərə millisində isə Cud Bellingem 87-ci dəqiqədə fərqlənməyi bacarıb.

Qeyd edək ki, İngiltərə millisi 6 xalla 2-ci olduğu halda, Yunanıstan 9 xalla qrupa başçılıq edir.