İngiltərə millisinə qadın baş məşqçi rəhbərlik edə bilər
Sarina Viqman İngiltərə millisinin yeni baş məşqçisi ola bilər.
Sportline.az Soccer.ru-ya istinadla xəbər verir ki, 54 yaşlı qadın mütəxəssis hazırda İngiltərənin qadınlardan ibarət milli komandasını çalışdırır. Komanda onun rəhbərliyi altında AVRO 2022-nin qalibi olub.
Bundan əlavə Sarina Viqman 2017-ci ildə Niderland milli komandası ilə Avro 2017-ni qalib başa vurub. 2019-cu ildə isə "narıncılar"la finala qədər yüksəlib.
Qeyd edək ki, İngiltərə Futbol Federasiyası bu gün millinin baş məşqçisi Qaret Sautqeytlə yolların ayrıldığını açıqlamışdı.