İngiltərə millisinin əsas hücumçusu London klubundan ayrılır

İngiltərə millisinin futbolçusu Harri Keyn yay transfer dönəmində "Tottenhem"dən ayrılmaq istəyir.

Sportline.az "The Athletic"ə istinadən xəbər verir ki, 28 yaşlı hücumçu komandanın kuboklar uğrunda mübarizə aparmamasından narazıdır.

London təmsilçisi 2020/2021 mövsümünün sonunda Çempionlar Liqasına vəsiqə qazana bilməsə Keyn klubu tərk edəcək.

Təcrübəli forvardla "Mançester Yunayted", "Mançester Siti" və Avropanın bir neçə aparıcı klubları maraqlanır.

Qeyd edək ki, Harri Keyn cari mövsüm 41 oyunda meydanda olub, 29 qol və 16 məhsuldar ötürmə ilə yadda qalıb.