İngiltərə millisinin futbolçuları yorğunluğu belə çıxarırlar

İngiltərə millisi Avropa çempionluğu uğrunda mübarizəni davam etdirir.

Sportline.az xəbər verir ki, Qaret Sautqeytin komandası ağır oyunlardan sonra xüsusi proqram üzrə dincəlir.

Sosial şəbəkələrdə ingitərəlilərin Slovakiya ilə görüş sonrası yorğunluğu necə çıxarması ilə bağlı fotolar yayılıb.

Xatırladaq ki, İngiltərə millisi 1/8 finalda Slovakiya üzərində çətin qələbə ilə (2-1) yoluna davam edir.

Növbəti mərhələdə ingiltərəliləri İsveçrə ilə qarşılaşma gözləyir.