İngiltərə nəhəngi daha bir futbolçu ilə yolları ayıracaq

Heyətdə islahatlar aparmağa hazırlaşan "Çelsi" Trevo Çaloba ilə də yolları ayırmaq niyyətindədir.

Sportline.az Football Insider-ə istinadla xəbər verir ki, londonlular qış transfer dönəmində onunla vidalaşacaq.

Futbolçuya özünə yeni klub tapması tövsiyyə olunub.

24 yaşlı futbolçu ilə "Tottenhem" və "Roma" klublarının yaxından maraqlandığı bildirilir.

Onu heyətə qatmaq istəyən klub 18 milyon avrodan keçməli olacaq.