İngiltərə nəhəngi Mbappe ilə danışıq aparır
PSJ ilə yolları ayrılacağı gözlənilən Kilian Mbappenin Madrid "Real"ından aldığı ultimatum vəziyyəti dəyişə bilər.
Sportline.az Mundo Deportivo nəşrinə istinadla xəbər verir ki, madridliləlrin yanvarın sonunadək vaxt qoyması fransalı futbolçunun məsələyə münasibətini mənfi məcraya yönəldib.
Bundan yararlanmağa çalışan "Liverpul" superforvardın "saqqızını oğurlamağa" çalışır.
Mənbənin bildirdiyinə görə, mersisaydlılar 25 yaşlı hücumçu ilə danışıqlarda İngiltərə Premyer Liqasının İspaniya La Liqasından daha səviyyəli çempionat olmasını qabardırlar.
Məhəmməd Salahın komandadan getmə ehtimalı isə yeni lider axtarışında olan "Liverpul"un Mbappe variantını reallaşdıracağına ümid yaradır.
Məsələyə yaxın günlərdə aydınlıq gətiriləcəyi gözlənilir.