İngiltərə nəhəngində yeni futbolçu

"Mançester Siti" yeni transferilə gündəmə gəlib.

Sportline.az xəbər verir ki, Belçikanın "Mexelen" klubunun müdafiəçisi İssa Kabore Xosep Qvardiolanın komandasına keçib. Klubun rəsmi saytı 19 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalandığını açıqlayıb.

Burkina-Fasolu futbolçu növbəti mövsüm "Mexelen"də icarə əsasında çıxış edəcək.