İngiltərə nəhəngindən Moskva klubuna

"Çelsi" futbolçusu Viktor Mosesi "Spartak"a icarəyə verib.

Sportline.az xəbər verir ki, bu barədə Rusiya klubunun saytı məlumat yayıb.  29 yaşlı yarımmüdafiəçinin 2020/2021 mövsümünün sonuna kimi yüksək liqa təmsilçisində icarə əsasında çıxış edəcəyi bildirilib. Klubun onu yayda birdəfəlik almaq hüququnun olduğu vurğulanlıb.

Qeyd edək ki, V. Moses ötən mövsüm icarə əsasında "İnter"də oynayıb.