İngiltərə nəhənglərinin yeni hədəfi

Josko Qvardiol krayerasını İngiltərədə davam etdirəcək.

Sportline.az Goal.com-a istinadla xəbər verir ki, Premyer Liqanın nəhəng klubları “Çelsi” , “Liverpul” və “Mançester Yunyted” 21 yaşlı xorvatiyalı futbolçu üçün “Leypziq”ə təklif göndərib.

Almaniya klubu isə təklifləri dəyərləndirəcəyini və futbolçu üçün ən doğru qərarı verəcəklərini bildiriblər.

Qeyd edək ki, Josko Qvardiol ötən mövsüm “Lepziq” forması ilə çıxdığı 41 oyunda 3 qol vurub.