İngiltərə nəhənglərinin yeni hədəfi

"Çelsi" və "Çamçester Siti"nin yeni transfer hədəfi açıqlanıb.

Sportline.az xəbər verir ki, İngiltərə nəhəngləri "Aston Villa"nın mərkəz müdafiəçisi Eeri Konsanı heyətə qatmağı planlaşdırırlar.

Bu haqda jurnalist Ekrem Konur X sosial şəbəkəsində məlumat yayıb.

Onun sözlərinə görə, sözügedən klublar 26 yaşlı futbolçunun keçidini qış transfer pəncərəsində həll etmək niyyətindədirlər.

2019-cu ildən "Aston Villa"nın şərəfini qoruyan Konsanın təxmini tranfer qiyməti 35 milyon avrodur.