İngiltərə Super Kubokunun qalibi müəyyənləşib
İngiltərə Super Kuboku uğrunda görüşdə "Mançester Siti" və "Mançester Yunayted" komandaları üz üzə gəliblər.
Sportline.az xəbər verir ki, əsas vaxtı 1-1 hesablı bərabərliklə bitən görüşün taleyinə penaltilər seriyasında aydınlıq gətirlilib.
11 metrlik zərbələrdə daha dəqiq oynayan "Mançester Siti" futbolçuları 7-6 hesabı ilə qalib gələrək kubokun sahibi olublar.
Əsas vaxtda "qırmızı şeytanlar"ın qolunu 82-ci dəqiqədə Qarnaço vurub."Şəhərlilər"in bərabərlik qolu 89-cu dəqiqədə Bernardo Silvadan gəlib.
Qeyd edək ki, "Mançester Siti" tarixində 7-ci dəfə Super Kubokun qalibi olub.