İngiltərədə yeni futbol qaydaları

İngiltərə Futbol Assosiasiyası oyunçuların davranışı ilə bağlı hakimlər üçün yeni təlimatları təqdim edib.

Sportline.az “The Times”ə istinadən xəbər verir ki, hakimlər pandemiya dövründə oyun zamanı onların və rəqiblərinin üzünə öskürən futbolçuları qırmızı vərəqə ilə meydandan qova bilərlər.

Yeni təlimata əsasən, hakimlər futbolçuların qol sevincini qeyd edərək sosial məsafə qaydalarına əməl etməmələrinə görə məsuliyyət daşımır. Həmçinin referilər futbolçuları tüpürdükləri üçün cəzalandıra bilməyəcəklər