İngiltərədən İspaniyaya
“Nyukasl”ın müdafiəçisi Xavyer Mankilyo “Selta”ya keçməyə yaxındır.
Sportline.az xəbər verir ki, bu haqda "The Atlethic" saytı məlumat yayıb.
29 yaşlı oyunçu bu mövsüm bir oyunda bele forma geyinməyib.
Ötən mövsüm isə “Nyukasl”da 6 oyuna çıxıb və heç bir məhsuldarlıqla yadda qalmayıb.
Transfermarkt portalı Mankilyonun transfer dəyərini 2 milyon olaraq qiymətləndirir.
Qeyd edək ki, o, daha əvvəl “Liverpul” və “Atletiko Madrid” kimi klubların şərəfini qoruyub.