İngiltərədən İspaniyaya

"Vest Hem"in futbolçusu Pablo Fornals yaxın günlərdə İspaniyaya yollanacaq.

Sportline.az xəbər verir ki, yarımmüdafiəçi "Betis"in formasını geyinməyə yaxındır.

Bu haqda jurnalist Fabrisio Romano məlumat yayıb. 

Onun sözlərinə görə, sevilyalılar bu transferə 6 milyon avro xərcləyiblər. 

Qeyd edək ki, 27 yaşlı ispaniyalı 2019-cu ildən London təmsilçisinin şərəfini qoruyur.