İngiltərənin nəhəng klubları Oliseni istəyir

“Bavariya”da parlaq çıxışı ilə göz oxşayan Maykl Olise İngiltərə klublarının diqqət mərkəzindədir.

Sportline.az xəbər verir ki, “Liverpul”, “Arsenal” və “Mançester Yunayted” 23 yaşlı futbolçunu heyətinə qatmaq niyyətindədir.

Bu haqda “Caught Offside” nəşri məlumat yayıb.

Qeyd edək ki, M.Olise bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 24 matçda 12 qol, 12 məhsuldar ötürmə müəllifi olub.