İnqilab Məmmədov 2-ci liqaya göndərildi

2-ci Liqada 24-cü turun hakim təyinatları açıqlanıb.

Sportline.az xəbər verir ki, bu barədə PFL-in rəsmi saytı məlumat yayıb.

Misli Premyer Liqasının 28-ci turunda "Zirə" - "Neftçi" matçında verdiyi səhv qərarla yadda qalan İnqilab Məmmədov da 2-ci liqa matçına təyinat alıb. O, "Xankəndi" - "Qaradağ Lökbatan" oyununun baş hakimi olacaq.

Göründüyü kimi, Premyer Liqa matçlarını idarə edən referi bu dəfə aşağı liqa oyununa göndərilib.  O, "Zirə" - "Neftçi" matçının son dəqiqələrində meydan sahiblərinin ofsayddan vurduğu qolu qeydə almışdı. 

26 aprel (bazar)

“Ağstafa Gəncləri” – “Kür-Araz”
Hakimlə
r: Nahid Xasıyev, Tural Bayramov, Rizvan Süleymanov, Samir Hüseynov
Ağstafa şəhər stadionu, 16:30

“Dinamo” – “Şirvan”
Hakimlər:
 Pərviz İbrahimov, İlkin Mustafazadə, Vüsal Xəlilzadə, Nəriman Ağayev
Binə qəsəbə stadionu, 16:30

27 aprel (bazar ertəsi)

“Araz Saatlı” – “Göygöl”
Hakimlər
: Rəsul Babayev, Rəşad Quliyev, Sadiq Əliyev, Samir Musayev
Saatlı OİK stadionu, 16:00

“Şəki Siti” – “Ağdaş”
Hakimlər
: Maqsud Şamıyev, Ruslan Babayev, Hüseyn Vəliyev, Sərxan İsmayılov
Zaqatala OİK stadionu, 16:30

28 aprel (çərşənbə axşamı)

“Xankəndi” – “Qaradağ Lökbatan”
Hakimlər: 
İnqilab Məmmədov, Orxan İbişov, Mirnihad Seyidov, Kamil Aydınov
Şamaxı OİK stadionu, 16:00

“Şəmkir” – “Quba”
Hakimlər
: Murad Səlimov, Sevda Nuriyeva, Əhməd Əhmədsoy, Vüqar Alıyev
Şəmkir OİK Stadionu, 16:30