"İnter" futbolçusu ilə vidalaşır
“İnter” Lukaku ilə bağlı qərarını qətiləşdirib.
Sportline.az La Gazzeta Dello Sport nəşrinə istinadən xəbər verir ki, “İnter” mövsümün sonunda belçikalı forvardı Romelu Lukaku ilə yollarını ayıracaq.
“Çelsi”yə geri dönəcək Lukaku yeni mövsümə “zadəgənlar”ın heyyətində başlayacaq.
Qeyd edək ki, Lukaku bu mövsüm A Seriyasında çıxdığı 18 oyunda 3 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.