“İnter” geri dönüş edə biləcəkmi?
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunlarına start verilir.
Sportline.az xəbər verir ki, “İnter” “Cüzeppe Meyatzada” “Budyo Qlimt”lə qarşılaşacaq. İlk oyunda rəqibini 2-0 hesabı ilə məğlub edən Norveç klubu sərfəli nəticəni İtaliyada qorumağa çalışacaq.
“İnter”də isə hədəf əlbəətdəki böyük hesablı qələbə qazanaraq növbəti mərhələyə yüksəlməkdir.
“Nerazzuri”də əsas itki komandanın ulduzu Lautaro Martinezin adı ilə bağlıdır. Argentinalı dünya çempionu zədə səbəbindən mart ayının sonlarına qədər yaşıl meydanlardan uzaq qalacaq.
Kyetil Knutsenin komandası isə oyuna optimal heyətlə çıxacaq.
Qeyd edək ki, “İnter” – “Budyo Qlimt” görüşü bu gün Bakı vaxtı ilə gecə saat 12-də başlanacaq. Oyunun ədalət təmsilçisi ispaniyalı Alexandro Hernandez olacaq.