"İnter" İkardinin qiymətini açıqladı

"İnter"in hücumçusu Mauro İkardi Avropa nəhənglərinin hədəfindədir. SportLine.az xəbər verir ki, qış transfer pəncərəsi yaxınlaşdıqca təkliflərin də sayı çoxalır. 

Futbolçunun meneceri"Corriero dello Sport"a açıqlamasında İngiltərə və İspaniyadan bir neçə təklif gəldiyini deyib. 

"Gazzetta dello Sport" isə "İnter"in futbolçunun transferi üçün 200 milyon avro tələb etdiyini yazıb.

Qeyd edək ki, argentinalı futbolçu 2013-cü ildə "Sampdoriya"dan "İnter"ə keçib.