"İnter" İnzaqi ilə bağlı qərarını verdi
"İnter" baş məşqçi Simone İnzaqi ilə müqaviləni uzadıb.
Sportline.az xəbər verir ki, bu barədə "Football İtalia" məlumat yayıb. 45 yaşlı mütəxəssislə yeni müqavilə daha bir il uzadılmaq variantı ilə 2023/24 mövsümünün sonuna kimi qüvvədə olacaq. Onun maaşı illik 4,5 milyon avrodan 5 milyon avroya yüksələcək.
Qeyd edək ki, İnzaqi 2021-ci ilin yayında "İnter"i çalışdırır. Onun rəhbərliyi altında komanda A seriyasında 58 xalla 2-ci pillədə qərarlaşıb.