"İnter" Lukakunun transferinə hazırlaşır

"İnter" Lukakunu yenidən heyətinə qatmaq niyyətindədir.

Sportline.az xəbər verir ki, bu haqda jurnalist Canluka Di Marsio məlumat yayıb.

Onun sözlərinə görə milanlılar belçikalı hücumçunu yenidən icarəyə götürməyi planlaşıdırılar.

"Çelsi" ilə danışıqların müsbət məcrada getdiyi vurğulanır.

Anlaşma baş tutsa, "İnter" futbolçunun birdəfəlik transferini də həyata keçirmək niyyətindədir.

Tələb olunan məbləğin hissə-hissə ödənəcəyi bildirilir.

Banner