"İnter" "Roma"nı məğlub etdi

"İnter" A seriyasında 34-cü tur oyununa çıxıb.

Sportline.az xəbər verir ki, Milan təmsilçisi səfərdə "Roma" ilə qarşılaşıb və 2:0 hesabı ilə qalib gəlib.

Qolları 33-cü dəqiqədə Federiko Dimarko, 74-cü dəqiqədə isə Romelu Lukaku vurublar.

Qeyd edək ki, "İnter" turnir cədvəlində 63 xalla 4-cü, "Roma" 58 xalla 7-cidir.

Banner