"İnter" son dəqiqələrdə məğlubiyyətdən qurtuldu

İtaliya kubokunda yarımfinala start verilib.

Sportline.az xəbər verir ki, ilk oyun günündə 1 matç keçirilib. "Yuventus" "İnter"i qəbul edib. Görüş 1:1 hesabı ilə başa çatıb. "İnter" bərabərlik qolunu 90+5-ci dəqiqədə penaltidən vurub.

"Yuventus" - "İnter" - 1:1
Qollar
: Kuadrado, 83 (1:0), Lukaku, 90+5-pen. (1:1)

Qırmızı vərəqələr: Lukaku, 90+5, Handanoviç, 90+8 (hər ikisi "İnter"), Kuadrado, 90+8 ("Yuventus")

Qeyd edək ki, bu komandalar arasında cavab qarşılaşması aprelin 26-da keçiriləcək.

Banner