"İnter" Superkubokun sahibi oldu

İtaliya Superkubokunun qalibi müəyyənləşib.

Sportline.az xəbər verir ki, həlledici matçda  son çempion “İnter”lə ölkə kubokunun qalibi “Yuventus” üz-üzə gəlib. Əsas vaxt 1:1 hesabı ilə başa çatdığı üçün əlavə vaxta ehtiyac duyulub. Burada daha 1 qol vuran "İnter" 2:1 hesabı ilə qalib gələrək fəxri mükafatın sahibi olub.

"İnter" tarixində 6-cı dəfə Superkuboku qazanıb.

"İnter" – "Yuventus" - 2:1
Qollar:
 Martines, 35, Sançes, 120 – Makkenni, 25