"İnter"də ayrılıq gözlənilir
İtaliyanın "İnter" klubunun futbolçusu Kristyan Asllani komandasını dəyişəcək.
Sportline.az insayder Canluka Di Martsiyoya istinadən xəbər verir ki, albaniyalı yarımmüdafiəçi A Seriyasının digər təmsilçisi "Torino"ya keçəcək.
Tərəflər arasında bütün razılıq əldə olunub.
23 yaşlı oyunçu ilə daha əvvəl "Bolonya" maraqlanırdı.
Qeyd edək ki, Kristyan Asllani 2022-ci ildən "İnter"in şərəfini qoruyur. O, ötən mövsüm ərzində meydana çıxdığı 39 oyunda 3 qol və 2 məhsuldar ötürmə müəllifi olub.