"İnter"dən gözlənilməz məğlubiyyət
İtaliya A seriyasında 24-cü turun oyunları keçirilir.
Sportline.az xəbər verir ki, bu gün "İnter" səfərdə "Bolonya"nın qonağı olub. Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 76-cı dəqiqədə Rikardo Orsolini vurub.
Bu qələbədən sonra xallarını 35-ə çatdıran "Bolonya" 7-ci pilləyə yüksəlib. "İnter" 47 xalla 2-cidir. Turnir cədvəlinə 65 xalla "Napoli" başçılıq edir.