"İnter"dən minimal hesablı qələbə

Beynəlxalq Çempionlar Kubokunda daha bir oyun keçirilib. SportLine.az xəbər verir ki, "İnter" (İtaliya) və "Lion" (Fransa) Çində üz-üzə gəlib. 

Qarşılaşmanın taleyini bir qol həll edib. Stevan Yovetiçin 74-cü dəqiqədə vurduğu qol Milan təmsilçisinə qələbə qazandırıb.