Kasilyas: "Bizi yüksək səviyyəli oyun gözləyir"

Madrid Realı və İspaniya millisinin sabiq qapıçısı İker Kasilyas AVRO:2024-ün 1/4 finalının İspaniya - Almaniya matçı ilə bağlı fikrilərini açıqlayıb.

Sportline.az xəbər verir ki, ulduz futbolçu baxımlı və maraqlı oyun gözlədiyini vurğulayb.

"İspaniya və Almaniya komandaları bir-birinə hörmətlə yanaşan rəqiblərdir. Onların duelindən baxımlı və intensiv futbol gözləyirəm. Onların üslübları bir-birinə bənzəyir. Hər iki tərəfdə yaxşı futbolçular var. Yüksək səviyyəli, baxımlı futbola ümid bəsləyirəm", - deyə Kasilyas "AS"ın sualını cavablandırıb. 

Qeyd edək ki, İspaniya - Almaniya görüşü Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.