İnzagi istefaya göndərildi

İtaliyanın "Breşiya" klubu baş məşqçi Filippo İnzaqi ilə yolları ayırıb.

Sportline.az xəbər verir ki, bu barədə B Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb.

48 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Filippo İnzagi "Breşiya"nın baş məşqçisi postuna 2021-ci ilin iyun ayında təyin olunmuşdu.

Komanda 31 turdan sonra 54 xal toplayıb və B Seriyasında turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

Banner