İPL klubları VAR sisteminin istifadəsinə dair səsvermədə iştirak ediblər
İngiltərə Premyer Liqası VAR sisteminin istifadəsi ilə bağlı səsvermə keçirib.
Sportline.az İngiltərə Futbol Federasiyasının rəsmi saytına istinadla xəbər verir ki, Premyer Liqada çıxış edən 20 klubdan 19-u VAR sisteminin saxlanılmasını istəyib.
Sistemin ləvğ edilməsini tələb edən tək klub "Vulverhempton" olub.
Səsvermənin nəticələrinə əsasən növbəti mövsümdə də İngiltərə çempionatında VAR sistemdən istifadə edilməsi qərara alınıb.
Qeyd edik ki, bu sistemdən Premyer Liqada 2019-cu ildən istifadə olunur.