İrfan Can Kahveci Rusiya klubunun hədəfində

"Fənərbağça"nın cinah hücumçusu İrfan Can Kahveci karyerasını Rusiyada davam etdirə bilər.

Sportline.az xəbər verir ki, "Krasnodar" klubu onun xidmətində maraqlıdır.

Bu haqda Sabah qəzeti məlumat yayıb.

Rusiya təmsilçisinin mövsümün sonunda bu transferi reallaşdırmaq istədiyi bildirilir.

Qeyd edək ki, Türkiyə millisinin üzvü "Betis" və "Vilyarreal"ın da maraq dairəsindədir. 

Transfermarkt portalında 29 yaşlı futbolçunun dəyəri 10 milyon avro göztərilir.