Emiliya Turey: "Azərbaycanda perspektivli həndbolçular var"
"Bugünkü interaktiv çox müsbət təəssürat bağışladı. Xoş abu - hava hökm sürürdü. Uşaqların böyük potensialı var. Onlara da dedim. İdmanda uğur qazanmaq üçün məqsəd və istəyin vəhdətinə nail olmaq lazımdır. Ümid eləyirəm tədbirimiz nəticəsiz qalmayacaq".
Bunu Sportline.az-a açıqlamasında Rusiya Federasiyasının idman ustası, 3 qat dünya çempionu, olimpiya oyunlarının gümüş mükafatçısı, Çempionlar Liqasının və Kuboklar kuboku turnirinin qalibi Emiliya Turey deyib.
Qeyd edək ki, Azərbaycan Həndbol Federasiyasının təşəbbüsü ilə “AHF Arena”da “İdman iteraktivi. Həndbol” adlı layihə çərçivəsində ustad dərsləri keçirilib.
Emiliya Tureyin apardığı dərslərdə paytaxtda fəaliyyət göstərən idman məktəblərinin həndbolçuları iştirak ediblər.