İsgəndərlinin komandası uduzdu
Türkiyə 1-ci Liqasında 26-cı turun oyunları keçirilir.
Sportline.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin çıxış etdiyi "Keçiörengücü" "Kocaelispor"un qonağı olub və 0:1 hesabı ilə uduzub.
V.İsgəndərli görüşə ehtiyat oyunçular skamyasında başlayıb və 46-cı dəqiqədə meydana daxil olub.
Qeyd edək ki, "Keçiörengücü" 34 xalla turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.