İslamiada: Azərbaycan taekvondoçusu finala yüksəlib

Azərbaycanın qadın taekvondoçusu Minayə Əkbərova Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında finala yüksəlib.

Sportline.az xəbər verir ki, 46 kq-da çıxış edən idmançı ən azı gümüş medalı təmin edib.

Qeyd edək ki, dünən Azərbaycan taekvondoçularından Fəridə Əzizova (67 kq) qızıl, Cavad Ağayev (68 kq) gümüş, Həşim Məhəmmədov (58 kq) və Patimat Abakarova (49 kq) bürünc medal qazanıb.