İslamiada: Daha bir medalımız təmin olundu
Azərbaycan Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında növbəti medalı qazanıb.
Sportline.az xəbər verir ki, qadın taekvondoçu Fəridə Əzizova yarımfinala yüksəlməklə, ən azı "bürünc"ü təmin edib. 67 kq çəki dərəcəsində yer alan idmançı 1/4 finalda qazaxıstanlı Feruza Yerqeşova qalib gəlib.
68 kq-da yarışan Cavad Ağayev isə albaniyalı Orseld Şkalla qalib gələrək növbəti mərhələyə vəsiqə qazanıb. Pərviz İsgəndərov (63 kq) isə qazaxıstanlı rəqibinə uduzaraq mübarizəni dayandırıb.
Bununla da Azərbaycanın İslam Həmrəyliyi Oyunlarında əldə etdiyi medalların sayı 5-ə çatıb.