İspaniya - İsveçrə: Düşərgələrdəki son durum

Bu gün millətlər liqasının A,C və D liqalarında daha 9 matç keçiriləcək.

Sportline.az xəbər verir ki, gecənin mərkəzi oyunu İspaniya və İsveçrə komandaları arasında olacaq. Heyətlərə saldığda İspaniya millisində əsas itki Lamin Yamal, Martin Zubimendi, Ayoza Perez və Aleks Baenanın adı ilə bağlıdır. Sözü gedən futbolçular zədədən əziyyət çəkir. İsveçrədə isə əsas itki Denis Zakariya və Dan Ndoyenin olmamasıdır. Görüşü almaniyalı hakim Bastiya Dankert idarə edəcək. Matç Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.

Qeyd edək ki, İspaniya millisi A liqasının 4-cü qrupuna 13 xalla başçılıq edir. İsveçrə komandası isə 2 xalla aşkar autsayderdir.