İspaniyalı hücumçunun yeni klubu bilinib

"Valensiya" və "Benfika" kimi klubların sabiq oyunçusu Rodriqo Qətərin "Əl-Qarafa" klubuna transfer olunub.

Sportline.az Beinsports.com-a istinadla xəbər verir ki, 33 yaşlı futbolçu yeni komandası ilə 1 illik müqavilə imzalayıb.

Ötən mövsümü "Əl-Rayyan"da keçirən Rodriqo meydana çıxdığı 21 oyunda 12 qol vurub, 6 asist edib.

Qeyd edək ki, futbolçu İspaniya millisini  heyətində 28 oyunda 8 qol imza atıb. Onun hazırki transfer dəyəri 4.5 milyon avrodur.